GPO ilə BGINFO paylamaq (az-AZ) - TechNet Articles - United States (English) - TechNet Wiki

Salam Dostlar, növbəti GPO məqaləsində yenə bir yerdəyik. Bu dəfə istədim ki, fərqli bir şey haqqında məqalə yazaq. Düşünürəm ki, hər kəsə yararlı məqalə olar. Təbii ki, yararlı olub, olmamağına siz qərar verəcəksiniz.Yəqin ki, SysInternals`ın BGInfo məhsulu haqqında eşitmisiniz.Məhsul dedim, əslində böyük bir proqram deyil.Həcmi 388 KB`dir.Amma buna baxmayaraq faydalı iş görür.Ən azından bizim işimizi asanlaşdırır.Artıq istifadəçilərə izah etmək məcburiyyətində qalmırıq ki, kompüterin adını öyrənmək üçün bura daxil, ora daxil ol.Sonra o adı bizə denən ki, mən də sənin kompüterinə uzaqdan qoşula bilit-top fiji-content-fragment-top">

GPO ilə BGINFO paylamaq (az-AZ)

Salam Dostlar, növbəti GPO məqaləsində yenə bir yerdəyik. Bu dəfə istədim ki, fərqli bir şey haqqında məqalm.Bu proqramla nəinki, kompüterin adını, hətta IP`sini belə rahat öyrənmək olar.Deyəsən, get-getə məqalənin istiqaməti dəyişir, BGInfo`nun bacarıqlarından danışmağa başladıq.Qısaca onu deyim ki, yuxarıda saydıqlarımla yanaşı bir çox lazımlı məlumatı bir başa istifadəçin masaüstündə yerləşdirmək olar.Onlarda heç yerə daxil olmadan orada olanı bizə deyə bilərlər.İndi isə məqaləyə qayıdaq.
İlk öncə BGInfo`nu aşağıdakı keçiddən yükləyirik: YÜKLƏ: BGInfo

Sonra proqramı açırıq. İlk öncə içərisində bütün məlumatlar olur, bunu CTRL+A düymələrinə sıxıb, sonra DEL düyməsini sıxıb, silirik.Bunları silməkdə məqsədimiz bizə lazım olan kimi məlumat toplamaqdır. Bu məqalədə mən Kompüter adı IP Username Haqqında məlumat toplamağa çalışacam. Aşağıdakı şəkildə gördüyünüz kimi sağ tərəfdən mənə lazım olan, göstəriciləri siyahıya əlav etmişəm.

1

Bunları əlavə etdikdən sonra isə “FILE” menyusuna daxil olub, “SAVE AS” deyib, faylı adlandırıb, yaddaşa veririk.

2

3

Daha sonra isə GPMC`yə daxil oluruq. Burada BGInfo`nu hansı istifadəçilərə tətbiq etmək istəyiriksə, həmin OU üçün yeni group policy düzəldirik. Bu dəfə mən ümumi domainə tətbiq edəcəm.Buna görə də Default Domain Policy üzərinə gəlib, “EDIT” seçirəm.

4

Daha sonra isə User Configuration>Policies>Windows Settings>Scripts yolunu izləyirik.Bunu aşağıdakı şəkildə də görə bilərsiniz.

5

Mən BGInfo`nu “LOGON” script olaraq tətbiq edəcəm.Bunun üçün “LOGON” üzərinə iki dəfə sıxıram və məni kiçik pəncərə qarşılayır. 6 Bu pəncərədə isə “Show Files” düyməsinə sıxırıq.Açılan pəncərəyə isə BGInfo.exe və BGInfo.bgi (hansı ki, biz üzərində dəyişiklik edib, yaddaşa verdik) faylını köçürdürük.

7

Daha sonra isə yenidən “LOGON” pəncərəsinə qayıdırıq və burada “ADD” düyməsinə sıxırıq.

8

Açılan kiçik pəncərə üzərində “BROWSE” düyməsinə sıxıb, BGInfo.exe faylını seçirik və “Script Parameters” hissəsinə aşağıdakıni yazırıq: BGINFO.BGI /TIMER:0 /NOLICPROMPT /SILENT Qırmızı rənglə işarələnən yerə sizing məqalənin əvvəlində yaddaşa verdiyiniz BGInfo.bgi faylının adını yazırsınız.Mənim nümunəmdə bunun adı “BGInfo.bgi”`dır.

9

İndi isə istifadəçi kompüterinə daxil olub, baxaq görək BGInfo tətbiq olunub ya yox?

10

Gördüyünüz kimi masaüstünün sağ yuxarı küncündə bizim əldə etmək istədiyimiz məlumatlar gəlib. Məncə artıq işimizin nə qədər asanlaşdığını görürsünüz.İstifadəçi bura baxaraq bizə lazımı məlumatları heç yerə daxil olmadan deyə bilər və bizdə uzaqdan istifadəçinin kompüterinə qoşulub, mövcud olan nasasızlığı aradan qaldıra bilərik, İnşAllah. Fikrimcə yararlı məqalə oldu.Həm tətbiqi də elə çətin deyil.Hər kəs istəsə sınaqdan keçirdə bilər. Növbəti məqalələrdə görüşənə qədər…

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCT
 
www.TECHNET.az
www.FRHD.info