Salam Dostlar, əgər, əvvəlki məqalələri oxumusunuzsa, bilirsiniz ki, GPO`nun nüsxəsinin necə alınması haqqında məqaləmiz var:
Windows Server 2012 GPO nüsxə alma Deyəlim ki, bir neçə GPO nüsxəsi almışıq və bun>
Daha sonra aşağıdakə pəncərə açılır.Gördüyünüz kimi ilk olaraq pəncərə özü biz GPO`ların nüsxəsini hara almışıqsa, oranı açır.Təbii ki, əgər, başqa yerdə GPO nüsxəmiz varsa,
BROWSE düyməsinə sıxaraq seçə bilərik.Eyni zamanda bu pəncərədən
DELETE düyməsini istifadə edərək silə bilərik və ya
RESTORE düyməsini sıxaraq nüsxədən bərpa edə bilərik.Bizə hal-hazırda lazım olan xüsusiyyət isə
VIEW SETTINGS`dir.
VIEW SETTINGS düyməsinə sıxırıq və aşağıdakı pəncərə açılır.Gördüyünüz kimi Internet Explorer bizdən tələb edir ki, bu saytı
Trusted Sites bölməsinə əlavə edək.
Əgər, ənənəvi üsulla əlavə etmək istəsək, yəni
ADD düyməsinə sıxaraq bunu etmək istəsək, aşağıdakı xəta ilə qarşılaşacağıq.
Amma narahat olmağa ehtiyac yoxdur.Yuxarıdakı keçidin qarşısına
*: bu yazıları əlavə edirik.Aşağıda şəkildə də görə bilərsiniz.Sonra yenidən əlavə etməyə çalışırıq və öhdəsindən gəlirik.
Nəticədə gördüyünüz kimi nüsxəsini aldığımız GPO`da olan bütün dəyişiklikləri görə bilirik.
Bundan sonra çox rahatlıqla istədiyiniz GPO haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Ümid edirəm ki, yararlı məqalə oldu. Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad
KƏRİMOV
| MCTS, MCITP, MCSA, CCNA, MCT
www.TECHNET.az
www.FRHD.info