Daha sonra isə bunu tətbiq etmək üçün Group Policy düzəldirik.Mən bunu bütün domain`ə tətbiq etmək istədiyimə görə “Default Domain Policy” üzərinə tətbiq edəcəm. Computer Configuration>Policies>Administrative Templates>Network>IPv6 Configuration daxil oluruq. Sonra IPv6 Configuration Policy üzərində dəyişiklik edirik.Bu məqalədə IPv6`ya aid olan hər bir şeyi söndürəcəm.Aşağıdakı şəkildə bunu görə bilərsiniz. Sonra isə gpupdate /force əmri icra edirik və istifadəçi kompüterinə daxil olub, ipconfig /all əmri icra edib, nəticəsini görürük.Şəkildən gördüyünüz kimi hal-hazırda Group Policyilə etdiyimiz dəyişiklik tətbiq olunmayıb.Məhz buna görə də aşağıdakı şəkildə IPv6`ya aid məlumatlar yer almaqdadır. Sonra CMD üzərində gpupdate /force əmri icra edib, kompüteri yenidən başladırıq.Bundan sonra ipconfig /all əmri icra edərkən aşağıdakı nəticəni görə bilərik. Gördüyünüz kimi artıq IPv6`ya aid heç bir məlumat yoxdur. Ümid edirəm ki, yararlı məqalə oldu. Növbəti məqalələrdə görüşənə qədər…
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCT
www.TECHNET.az
www.FRHD.info